Koronavirusun yayılması
Virusun yayılması
2019‑nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.
COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu, damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.
Bir şəxsdən digərinə birbaşa yoluxması
Virusun, əsasən, birbaşa olaraq insandan insana yoluxması ehtimal edilir:
- bir-birinə təxminən iki metr yaxınlıqda olan insanlar arasında
- yoluxmuş şəxsin öskürməsi və asqırması zamanı nəfəs yollarından yayılan damcılar vasitəsilə
Bu damcılar ətrafda olan insanların ağızlarına, yaxud burunlarına və buradan da ağciyərlərinə düşə bilər.
- Koronavirus xəstələrinin digərlərini COVID-19-a yoluxdurması ən çox simptomların maksimal olduğu vaxtı baş verir.
- Bəzən virusa yoluxma simptomların üzə çıxmasından əvvəl də ola bilər. Yeni koronavirusa bu cür yoluxma ilə bağlı məlumatlar olsa da, bunun virusun əsas yayılma yolu olduğu düşünülmür.
Virusun olduğu səthlər və əşyalarla kontakt nəticəsində yoluxma
COVID-19 virusunun mövcud olduğu səthlər və əşyalarla kontaktda olmaq və daha sonra ağıza, buruna və bəzi hallarda gözə toxunmaqla yoluxması istisna olunmur. Lakin bu cür yoluxmanın əsas yoluxma yolu olmadığı qəbul olunur.
Virus hansı asanlıqla yayılır?
Virusun bir şəxsdən digərinə keçməsi müxtəlif olur. Bəzi viruslar (məsələn, qızılca virusu) asanlıqla yayılır, digərləri isə yox. Başqa bir amil yayılmanın davamlı olub-olmaması və yoluxmaların durmadan artmasıdır.
COVID-19 virusu ona məruz qalmış bölgələrdə asanlıqla və davamlı olaraq cəmiyyət arasında yayılır. Cəmiyyət arasında yayılma o deməkdir ki, insanlar, müəyyən bir ərazi çərçivəsində virusa yoluxublar (harada və necə yoluxmuş olduğunu bilməyən şəxslər daxil olmaqla).
Virusa yoluxma halları ən çox olan ölkələr
Son yenilənmə: 7 aprel 2020-ci il
• ABŞ
• İspaniya
• İtaliya
• Almaniya
• Fransa