Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Fərdi qoruyucu vasitələr

Tövsiyə olunan Fərdi Qoruyucu Vasitələr (PPE)

 

COVID-19 infeksiyasına yoluxduğu şübhələnilən xəsətəyə birbaşa müdaxilə edən və ya xəstəylə eyni məkanı paylaşan EMS klinisistləri Standart Ehtiyyat Tədbirlərinə əməl etməli və aşağıda göstərildiyi kimi PPE vasitələrindən istifadə etməlidirlər.

 

Tövsiyə edilən PPE vasitələrinə aiddir:

 

  • N-95 və ya daha yüksək səviyyəli respirator və ya üz maskası (respirator olmadıqda).
  • Aerozol generasiya edən prosedurları həyata keçirən zaman üz maskasının yerinə N-95 respirator və ya daha yüksək səviyyədə qoruyan respiratorlardan istifadə edilməlidir.
  • Gözlərin qorunması (yəni üzün ön və yan tərəflərini tam əhatə edən gözlüklər və ya birdəfəlik istifadə olunan üz qalqası). Şəxsi gözlük və kontakt linzalar adekvat göz qoruyucuları sayılmır.
  • Tək dəst birdəfəlik xəstə müayinə əlcəyi. Əlcəklər və izolyasiyaedici xalat yırtılıbsa və ya çox çirkləndiyi halda dəyişdirilməlidir.
  • Xalat çatışmazlığı olduqda, aerozol generasiya edən prosedurlarda, spreylərin istifadə edildiyi prosedurlarda və patogenlərin əldən ələ və EMS klinisistlərinin geyimlərinə ötürülməsinə səbəb olan yüksək təmaslı xəstə baxımı fəaliyyətlərində iştirakları zamanı işçilər xüsusilə diqqətli olmalıdırlar (məs. xəstəni xərəyə yerləşdirən zaman).
  • Təchizat zənciri bərpa edildikdə, uyğun analizdən keçmiş təcili tibbi yardım həkimləri, COVID-19-un araşdırıldığı  və ya şübhələnildiyi xəstələrlə kontakta girən zaman təkrarən respiratorlardan istifadə etməyə başlamalıdırlar.
  • Sürücülər xəstəyə birbaşa qulluq göstərirlərsə (məsələn, xəstələri xərəyə yerləşdirirlərsə), tövsiyə olunan bütün PPE vasitələrini geyinməlidirlər. Xəstə baxımını tamamladıqdan sonra və nəqliyyat vasitəsinin sürücüyə məxsus təcrid olunmuş hissəsinə girməzdən əvvəl sürücünün PPE-ni çıxarıb atması və bölmənin təmizliyini qorumaq üçün əl gigiyenasını yerinə yetirilməlidir.
  • Nəqliyyat vasitəsində təcrid edilmiş (qapalı) sürücü bölməsi yoxdursa, sürücü üz qalqasını və ya gözlükləri, xalat və əlcəkləri çıxarıb əl gigiyenasını yerinə yetirməlidir. Nəqliyyat zamanı respiratordan və ya üz maskasından istifadə edilməlidir.
  • Bütün personal işləyərkən üzlərinə toxunmaqdan çəkinməlidir.
  • Tibb müəssisəsinə çatdıqda, xəstə müəssisəyə daxil edildikdən sonra, EMS klinisistləri PPE vasitələrindən azad olmalı və əl gigiyenasını yerinə yetirməlidir. İstifadə olunmuş PPE-nin utilizasiyası rutin prosedurlara uyğun olaraq həyata keçirilməlidir.
  • Standart tədbirlərin tələb olunduğu digər aspektlər (məsələn, təhlükəsiz inyeksiya, əl gigiyenası) bu sənəddə vurğulanmamışdır, lakin “İzolyasiya Ehtiyat Tədbirlərinə dair Təlimata”, həmçinin Səhiyyə Müəssisələrində infeksiyanın qarşısının alınmasına yönəlik xüsusi təlimatlara istinad etmək tələb olunur.

 

Sənədləri yüklə

 

Fərdi qoruyucu vasitələrin istifadəsinə dair təlimat və tövsiyələri yükləyin.

 

 

QAYNAR XƏTLƏR!