Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

E-təlim və vebinar

Virtual təlim kursları

 

Koronavirusun (COVID-19) yayılması səbəbindən insanların bir araya toplaşması məhdudlaşdırıldığı üçün virtual təlimlərə və konfranslara böyük tələbat və ehtiyac vardır. Həkimlər və orta tibb işçiləri üçün hazırda yaradılmaqda olan e-təlim portalı həm koronavirus infeksiyası ilə mübarizədə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək, həm də ümumiyyətlə davamlı tibbi təhsil imkanlarını genişləndirmiş olacaqdır. 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hələ 2016-cı ildə yaradılmış www.e-təlim.isim.az portalının genişləndirilməsi nəticəsində COVID-19 xəstəliyinin menecmentində tibb işçilərimizə lazım olan biliklər daha əlçatan olacaqdır. Burada təqdim ediləcək hər bir e-təlim elmi redaksiya heyəti tərəfindən izlənilən yüzlərlə aparıcı tibbi jurnal və elektron kitabxanaların monitorinqi və araşdırılması nəticəsində hazırlanacaqdır. 

 

İlkin səhiyyə xidməti üçün klinik təlimatlar

 
EBMG.az (Evidence-Based Medicine Guidelines) sübutlu təbabət prinsiplərinə əsaslanan klinik protokollar bazasıdır. Bu bazada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Finlandiyanın Duodecim Tibb Cəmiyyəti ilə əldə edilmiş razılaşma əsasında Azərbaycan dilinə 1000-ə yaxın beynəlxalq klinik protokolların tərcüməsi və adaptasiyası aparılmışdır.
 
Bazada 950 klinik təlimatla yanaşı, tibb işçiləri üçün ingilis dilində 4500 məqalə, 1500 klinik təcrübədən əldə edilmiş foto və ya təsvir, audio və video çarxlar, müxtəlif tibbi kalkulyatorlar da yer alıb.
 

Sənədləri yüklə

 

Aşağıdakı e-kitablar vasitəsilə koronavirus və onun törətdiyi COVID-19 xəstəliyinin diaqnostikası, müalicəsi və profilaktikası haqqında daha ətraflı biliklər əldə edin. Bu bölmədə tezliklə video təlimlər və vebinarlar da təqdim ediləcəkdir. 

 

 

QAYNAR XƏTLƏR!