Evdə karantin və qayğı
Simptomsuz və yüngül simptomları olan şəxslərin təcridi
COVID-19 infeksiyasına yoluxmuş xəstələrin heç də hamısının xəstəxanaya müraciət edilərək hospitalizasiyası tələb olunmur. Həmin şəxslər yalnız klinik vəziyyətdən və risk faktorlarından asılı olaraq, stasionar şəraitdə müalicələri tələb olunduqda əlavə tibbi yardım üçün müvafiq təcridetmə tədbirlərinin həyata keçirilməsi ilə xəstəxanaya yerləşdirilməlidir. İlkin olaraq yüngül gedişatlı xəstəliyi olan bəzi şəxslərdə klinik vəziyyət xəstəliyin ikinci həftəsində ağırlaşa bilər. Həmin xəstələrə stasionar və ya ambulator şəraitdə (evdə təcrid olunaraq) tibbi xidmətin göstərilməsi barədə qərar müvafiq vəziyyətə fərdi yanaşma əsasında qəbul edilməlidir. Bu qərar yalnız klinik göstəricilərdən deyil, həm də xəstənin müayinə olunmaq şəraitindən, ev şəraitində təhlükəsiz təcrid olunma qabiliyyətindən və xəstənin ev şəraitində virusun ötürülmə riski kimi amillərdən asılı olmalıdır.
Hər hansı suallar yarandıqda, mütləq Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin koronavirus və digər yüksək yoluxuculuğu olan infeksiyaların qarşısının alınması və nəzarəti üzrə təlimat və tövsiyələrinə istinad edin, habelə işlədiyiniz tibb müəssisəsinin daxili təlimatları ilə tanış olun.
Sənədləri yüklə
Evdə karantinin təşkili və ev şəraitində pasiyentlərin müalicəsi üzrə tibb işçiləri və tibb müəssisələri üçün sənədlərin siyahısı.