Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.

COVID-19 – koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.

COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

COVID-19 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun yayılması yolları ilə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

Mövcud elmi məlumatlara əsasən asqırma və ya öskürmə zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla təmas nəticəsində virusun ötürülməsi hava ilə müqayisədə daha əhəmiyyətli faktor hesab edilir. Bundan əvvəlki “Virus necə yayılır?” sualının cavabına baxın.

İnkubasiya dövrü – yoluxmadan əvvəl xəstəliyin kliniki əlamətlərinin yaranmasına qədər olan dövrdür. Bir çox hesablamalara görə COVID‑19 virusunun inkubasiya dövrü 1-14 gün arası davam edir və ən çox hallarda bu dövr təxminən 5 gün təşkil edir.

Virus əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir. Beləliklə özünü xəstə hiss etməyən və yüngül öskürəyi olan insandan COVID-19 virusunun ötürülməsi riski mövcuddur. ÜST xəstələnmiş insanın başqalarını yoluxdura biləcəyi müddətlə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

Xəstəliyə yoluxmuş insanın nəcisindən COVID-19 xəstəliyinə tutulma riski aşağı hesab olunur. İlkin tədqiqatlara əsasən bir sıra hallarda virus nəcisdə aşkarlana bilər lakin hazırda xəstəliyin yayılmasında bu faktor əsas rol oynamır. Bu riski tamamilə sıfıra endirmək də olmaz, bu bir daha onu təsdiq edir ki, ayaqyolundan istifadə etdikdən sonra və qida qəbul etməzdən əvvəl əllərin müntəzəm olaraq yuyulması vacibdir. ÜST COVID-19-un yayılması ilə bağlı davam edən tədqiqatların nəticələrini öyrənir və məlumatlar yeniləndikcə ictimaiyyətlə açıqlama verəcək.

Risk dərəcəsi yaşadığınız bölgəyə və yaxın zamanlarda səfər etdiyiniz yerlərin coğrafiyasına əsasən müəyyən edilir. COVID-19 virusunun çoxlu sayda yayıldığı bölgədə yoluxma riski daha yüksəkdir. Hazırda virusa yoluxmanın 95%-i Çinin, əsasən Hubey əyalətinin payına düşür. Digər regionların əksəriyyətində COVID-19-a yoluxma riski az olaraq qalır. Lakin yaşadığınız bölgədəki mövcud vəziyyəti və infeksiyaya qarşı hazırlıq tədbirlərini diqqətlə izləmək vacibdir. ÜST Çinin və digər ölkələrin səhiyyə orqanları və digər ölkələrdəki həmkarları ilə vəziyyəti birgə izləməyə davam edir və COVID‑19 virusunun yaranması ilə bağlı cavab tədbirləri görür.

Bölgənizdə COVID‑19 virusu yayılmayıbsa, xəstəliyin qeydə alındığı ölkələrdən hər hansı birinə səfər etməmisinizsə və xəstəliyin əlamətləri olan insanla təmasda olmamısınızsa yoluxma riski aşağıdır. Bununla belə başa düşülən səbəblərdən bu sizdə narahatlıq hissi yarada bilər. Faktları bilmək riskləri daha yaxşı qiymətləndirməyə və səmərəli tədbirlər görməyə imkan verir. COVID‑19 virusunun və xəstəliyin yaşadığınız ərazidə yayılması haqqında dəqiq məlumatlar sizə xidmət göstərən tibb müəssisəsində, ölkənizin səhiyyə orqanlarında ola bilər. Bölgənizdəki vəziyyətin dinamikası haqqında məlumatlı olmaq və müvafiq fərdi qorunma tədbirləri görmək vacibdir. Əgər COVID‑19 virusunun yayıldığı bölgədəsinizsə, virusa yoluxma ehtimalına çox ciddi yanaşın. Mərkəzi və yerli səhiyyə orqanlarının göstərişlərinə əməl edin. Əksər hallarda COVID-19 yüngül keçir, lakin bəzi insanlar xəstəliyi olduqca ağır keçirirlər. Nadir hallarda xəstəlik ölümcül ola bilər. Risk qrupuna yaşlı insanlar həmçinin somatik xəstəlikləri olan şəxslər (məsələn, arterial hipertenziya, ürək xəstəliyi və ya diabet) aiddir.

Xeyr. Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. COVID‑19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir. COVID‑19-un profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir.

Hazırda xeyr. Bu günə qədər COVID‑2019-un profilaktikası və müalicəsi üçün hələ xüsusi peyvənd və ya antivirus preparatı işlənib hazırlanmayıb. Bununla belə xəstələnmiş insanların simptomlarını yüngülləşdirmək üçün yardıma ehtiyacları var. Xəstəliyi ağır keçirən insanlar xəstəxanaya yerləşdirilməlidirlər. Həyati vacib funksiyaları dəstəkləməyə yönəlmiş terapevtik tədbirlər sayəsində xəstələrin əksəriyyəti sağalır. Hazırda xüsusi təsiri olan peyvənd və dərman preparatlarının tapılması istiqamətində tədbirlər görülür. Onlar klinik sınaqlar vasitəsilə tədqiq edilir. COVID‑19-un profilaktikası və müalicəsi üçün peyvənd və dərman vasitələrinin işlənib hazırlanması səylərini ÜST əlaqələndirir. Əllərin tez-tez yuyulması, öskürərkən burnu və ağızı dirsək bükümlə və ya salfetlə örtmək, asqıran və öskürən insanlarla 2 metrdən artıq məsafə saxlamaq özünüzün və ətrafda olan insanların sağlamlığını qorumaq üçün ən effektiv tədbirlər sırasındadır.

Xeyr. COVID-19-un və Şiddətli Kəskin Respirator Sindromunun (SARS) törədiciləri arasında genetik oxşarlıq olsa da bunlar fərqli viruslardır. SARS-CoV xəstəliyinin ölümlə nəticələnməsi yüksək olsa da, SARS COVID-19-la müqayisədə daha az yoluxucudur. 2003-cü ildən dünyada SARS-ın heç bir yayılma halı qeydə alınmayıb.

Öskürək kimi respirator xəstəlik əlamətləri olmayan insanların tibbi maskalar taxmasına ehtiyac yoxdur. ÜST COVID‑19 simptomları olan şəxslərlə yanaşı öskürək və yüksək hərarət kimi simptomları olan şəxslərə qulluq edən insanlara maska taxmağı tövsiyə edir. Tibb işçilərinin və pasiyentlərə qulluq edən (evdə və ya tibb müəssisəsində) şəxslərin maskalardan istifadəsi mütləqdir. ÜST qiymətli resursların tükənməsinə və maskaların düzgün istifadə edilməməsinə yol verməmək üçün tibbi maskaların səmərəli istifadəsinin tərəfdarıdır. Maskalardan yalnız respirator xəstəlik əlamətləri (öskürək və ya burun tutulması) olduqda, silinmiş simptomlar fonunda COVID-19 infeksiyasına şübhə yarandıqda və ya COVID-19 infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstələrə qulluq etdikdə istifadə edilməlidir. Xəstə virusun qeydə alındığı bölgələrə səfər edibsə və ya həmin bölgələrdən gələn və respirator xəstəlik əlamətləri olan şəxslə sıx təmasda olubsa COVID‑19 virusuna yoluxma şübhəsi əsaslıdır. Özünüzün və başqalarının sağlamlığını qorumaq üçün ən effektiv tədbirlər sırasına əllərin tez-tez yuyulması, öskürərkən burun və ağzın dirsək bükümünüzlə və ya salfetlə örtülməsi, öskürən və ya asqıran insanlarla 1 metrdən artıq məsafənin saxlanılması daxildir.

Maskadan yalnız xəstələrə qulluq edən tibb işçiləri və şəxslər, həmçinin yüksək hərarət və öskürək kimi respirator xəstəlik əlamətləri olan şəxslər istifadə etməlidirlər.

Maskanı götürməzdən əvvəl əllərinizi spirt tərkibli vasitə ilə təmizləyin və ya sabunla yuyun.

Cırıqların olmamasına əmin olmaq üçün maskanı diqqətlə yoxlayın.

Maskada metal sim var. Sim olan hissəni yuxarı istiqamətdə taxın.

Maskanı elə tutun ki, parlaq rəngli tərəfi çölə tərəf baxsın.

Maskanı üzünüzə taxın.

Metal simi və ya sıxacı burun formasına uyğun əyin.

Ağzın və çənənin örtülməsi üçün maskanın aşağı kənarından dartın. İstifadə etdikdən sonra maskanı çıxardın.

Maskanın elastik iplərindən tutun.

Onu üzünüzə və ya geyiminizə toxundurmayın, çünki istifadə edilmiş maska mikroorqanizmlərlə çirklənə bilər.

İstifadə etdikdən sonra maskanı qapalı zibil qutusuna atın.

Maskaya toxunduqdan sonra və ya onu tulladıqdan sonra əllərinizin gigiyenik təmizlənməsini həyata keçirin, əllər vizual olaraq çirkli göründükdə onları sabunla yuyun.

Koronaviruslar geniş virus ailəsini təşkil edir və heyvanlar arasında geniş yayılıb. İnsanların bu viruslara yoluxduqdan sonra digər insanları yoluxdurması nadir hallarda baş verir. Məsələn, insanların sivetlərdən SARS-KoV və birhürgüclü dəvələrdən Yaxın Şərq Tənəffüs Sindromuna (MERS) yoluxma faktı müəyyən olunub. Heyvanlar arasında COVID-19 virusunun potensial mənbəsinin olması hələ müəyyən olunmayıb. Fərdi qorunma tədbirləri kimi heyvanların satıldığı bazara gedərkən heyvanlarla birbaşa təmasdan çəkinmək, həmçinin onların toxunduğu səthlərə əl vurmamaq lazımdır. Qida məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı qaydalara ciddi riayət etmək lazımdır. Çiy ət, süd və heyvanın orqanlarından istifadə edərkən termik emal edilməmiş digər məhsulların çirklənməməsi üçün ehtiyatlı olmaq, həmçinin, çiy və ya yarım çiy heyvan mənşəli məhsulların istifadə edilməsindən çəkinmək lazımdır.

Xeyr. Hazırda ev heyvanları (pişik, it) arasında 2019­nCoV xəstəliyinə yoluxma halları və ya onlar tərəfindən virusun yayılması haqqında məlumat mövcud deyil.

2019‑nCoV xəstəliyi səthə düşdükdə nə qədər yaşaması hələ dəqiq müəyyən olunmayıb. Lakin ehtimal olunur ki, bu xüsusiyyətinə görə 2019‑nCoV, koronavirus ailəsinin digər üzvləri ilə oxşardır. Tədqiqatlar (o cümlədən COVID-19 haqqında ilkin tədqiqatlar) göstərir ki, virus səth üzərində bir neçə saatdan bir neçə günə qədər sağ qala bilir. Virusun konkret yaşama müddəti bir sıra amillərdən (məsələn, səthin növü, havanın temperaturu və nəmişliyi) asılıdır. Əgər hər hansı səthdə virusun olması sizdə şübhə doğurursa mikroorqanizmləri məhv etmək, özünüzü və başqalarını qorumaq üçün səthi dezinfeksiyaedici vasitə ilə təmizləyin. Spirt tərkibli təmizləyicidən istifadə etməyi və ya əllərinizi sabunla yumağı unutmayın. Göz, ağız və ya burnunuza toxunmayın.

Bəli. Sifariş edilən mal vasitəsilə, habelə daşınma vaxtı müxtəlif hava və temperatur şəraitinə məruz qalan bağlamadan COVID-19 virusuna yoluxma ehtimalı aşağıdır.

Aşağıda sadalananlar COVID‑19-la mübarizə aparmağa KÖMƏK ETMİR və sizə zərər yetirə bilər: Siqarət çəkmək; Bitki əsaslı xalq təbabəti vasitələrini qəbul etmək; Bir neçə maskanı üst-üstə taxmaq; Özünü müalicə etmək, xüsusi ilə antibiotiklərlə. Sizdə yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı varsa, ən qısa müddətdə tibbi yardım üçün müraciət edin və son vaxtlar səfər etdiyiniz bölgələr haqqında tibb işçisinə məlumat verin.

Soyuq havanın yeni koronavirus və ya başqa xəstəlikləri məhv etməsinə dair heç bir əsas yoxdur. İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Yeni koronavirusdan qorunmağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi sabun və su ilə yumaq, yaxud 60-70 %-li spirt tərkibli məhlullarla təmizləməkdir.

ÜST bəyan edir ki, yeni koronavirusun ağcaqanad vasitəsilə yayıla bilməsi barədə indiyədək nə məlumat, nə də dəlil var. Yeni koronavirus, əsasən, yoluxmuş şəxsin öskürək və asqırağı və ya tüpürcək ya da burun axıntısı nəticəsində əmələ gələn damcılar ilə yayılan virusdur. Özünüzü qorumağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi sabun və su ilə yumaq, yaxud 70 %-li spirt tərkibli məhlullarla təmizləməkdir. Bundan başqa, digər insanlarla ən azı 2 metr məsafə saxlayın.

ÜST bəyan edir ki, yeni koronavirusun profilaktikası və ya müalicəsi üçün hələlik xüsusi dərman yoxdur. Bununla belə, virus daşıyıcıları simptomların yüngülləşməsi və müalicəsi üçün müvafiq yardımlar almalıdırlar. Ağır xəstəliyə malik insanlar isə optimallaşdırılmış dəstəkləyici terapiya almalıdırlar. Xəstəliyin müalicə metodları hələlik araşdırılır və klinik təcrübə əsasında sınanacaqlar.

İsti vanna qəbul etməklə COVID-19-a yoluxmaqdan qaçmaq mümkün deyil. Çünki insan bədəninin normal temperaturu vanna və duşun temperaturundan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Əslində, olduqca qaynar suda isti vanna qəbul etmək zərərli ola bilər, çünki nəticədə yanıq xəsarəti ala bilərsiniz. ÜST burada bir daha bəyan edir ki, koronavirusdan qorunmağın ən yaxşı yolu tez-tez əlləri təmizləməkdir. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını almış olursunuz.

Hazırda hamilə qadınların digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil. Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir.

Hamilə qadınlar da infeksiyadan qorunmaq üçün bütün digər insanların etdiklərini etməlidirlər. Aşağıdakı tədbirləri görməklə COVID-19-un yayılmasının qarşısını almağa kömək edə bilərsiniz.

Hazırda COVID-19-un hamiləlik müddətində və ya doğuşdan sonra uşağın səhhətində problemlərə səbəb olub-olmaması haqqında məlumat yoxdur.

Koronavirusa yoluxmuş hamilə qadının hamiləlik və ya doğuş zamanı virusu dölə və yenidoğulmuşa keçirib keçirmədiyi haqda məlumat yoxdur. Koronavirusa yoluxmuş hamilələrin dünyaya gətirdikləri körpələrdə COVID-19 aşkarlanmayıb. Çox az sayda olan belə hallarda, amniotik maye və ya ana südündən götürülmüş nümunələrdə virus aşkar edilməyib.

Hazırda bu virusa yoluxmuş hamilə qadının körpəsinə hər hansı risk olub-olmadığı məlum deyil. Hamiləlik müddətində COVID-19-a yoluxmuş qadınların hamiləliyində və ya (məsələn vaxtından əvvəl doğuş zamanı) dünyaya gətirdikləri körpələrdə çox az sayda problem aşkarlanıb. Bununla belə bu halların anada olan infeksiya ilə əlaqəli olub-olmadığı bəlli deyil.

COVID-19-un nə cür yayıldığı barədə məlumat çox azdır. Xəstəliyin insandan insana ötürülməsi, xəstəliyə yoluxmuş şəxsin tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü zaman baş verir. Eynilə qrip və digər tənəffüs patogenlərinin yayıldığı kimi. COVID-19 və başqa koronavirus infeksiyası, Ağır Kəskin Respirator Sindromu (Severe acute respiratory syndrome SARS-CoV) diaqnozu qoyulan qadınlar üzərində aparılan məhdud tədqiqatlar zamanı virusun ana südündə aşkarlanması hallarına rast gəlinməyib. Ancaq COVID-19 diaqnozlu anaların, virusu ana südü ilə ötürə biləcəyi bilinmir.

Ana südü bir çox xəstəliklərdən qoruyur. Ana südü və ya sağılmış ana südü ilə qidalanmanın tövsiyə edilmədiyi nadir istisnalar var.

Doğuşdan dərhal sonra qripi olan anaya virusu körpəsinə ötürməmək üçün müvafiq tədbirlər görməklə yanaşı, körpəsini ana südü və ya sağılmış ana südü ilə qidalandırması tövsiyə edilir. Ana südü ilə qidalandırmağa başlamaq və ya davam etdirmək tibb işçiləri ilə məsləhətləşmədən sonra olmalıdır. COVID-19 aşkarlanan və ya xəstəlik simptomları olan bir ana, körpəsinə virusun ötürülməməsi üçün mümkün olan bütün tədbirləri görməlidir. Körpəyə toxunmadan əvvəl əllərini yumalı və əmizdirərkən qoruyucu maska geyməlidir. Südün əllə və ya elektrik vasitə ilə sağılması zamanı ana öncədən əllərini yumalı və hər istifadədən sonra elektrik nasosun düzgün təmizlənməsi qaydalarına əməl etməlidir. Mümkünsə körpəyə sağılmış ana südü verə biləcək birini yardıma çağırın.

Karantin, yoluxucu xəstəliyə məruz qalmış, lakin xəstəliyi (simptomları) inkişaf etməmiş insanın və ya bir qrup şəxsin bu xəstəliyin mümkün qədər yayılmasının qarşısını almaq məqsədilə digərlərindən ayrılması deməkdir. Karantin, ümumiyyətlə yoluxucu xəstəliyin inkubasiya dövrü üçün təyin olunur, bu dövr xəstəliyin törədicilərinə məruz qaldıqdan sonra xəstəliyin inkişaf etməsinə qədər olan dövrü əhatə edir.

COVID-19 üçün karantin müddəti son məruz qalma tarixindən sonrakı 14 gündür, çünki 14 gün bənzər koronaviruslar üçün görülən ən uzun inkubasiya dövrüdür. COVID-19 karantinindən azad edilmiş hər hansı şəxs, inkubasiya dövründə xəstəliyin inkişaf etməməsi səbəbilə başqaları üçün virusu yaymasında risk hesab edilmir.

Koronavirusların ümumiyyətlə insandan insana tənəffüs damlaları vasitəsilə yayıldığı hesab edilir. Hal-hazırda COVID-19- un qida vasitəsilə ötürülməsini dəstəkləyən hər hansı dəlil yoxdur. Yemək hazırlamadan və ya yemədən əvvəl, ümumi qida təhlükəsizliyi üçün əllərinizi sabun və su ilə 20 saniyə müddətində yumaq vacibdir. Gün boyu fınxırdıqdan, öskürdükdən, asqırdıqdan və yaxud sanitar qovşağına getdikdən sonra əllərinizi sabunla yuyun.

Bir insan üzərində virus olan səthə və ya cisimə toxunduqdan sonra ağızına, burnuna və ya gözlərinə toxunarsa, COVID-19-a yoluxması mümkündür, ancaq bunun virusun əsas yayılma yolu olmadığı hesab edilir.

Ümumiyyətlə, koronavirusların səthlərdə zəif yaşaya bilmə qabiliyyəti səbəbindən, virusun gün və ya həftələr ərzində normal, soyudulmuş və ya dondurulmuş temperaturda daşınan qida məhsulları və ya qablaşdırma vasitəsilə yayılma riski çox azdır.

Ümumiyyətlə, koronaviruslar soyuq və quru mühitlə müqayisədə yüksək temperatur və yüksək nəmlik şəraitində daha qısa müddət ərzində sağ qalır. Lakin, bizim nə sırf bu virusla bağlı, nə də virusun aktivliyini itirdiyi temperaturun dərəcəsi ilə bağlı hələ ki dəqiq məlumatımız yoxdur. Lazımi temperatur, həmçinin səthin materialından, ətraf mühitdən və s. asılı olur. Temperaturun səviyyəsindən asılı olmayaraq təmizlik və dezinfeksiya tövsiyələrinə əməl etməyiniz xahiş olunur.

Uşağınız sağlamdırsa, evdə və ya ailə üzvləri ilə olduqda üz maskası taxmağına ehtiyac yoxdur. Yalnız xəstəlik əlamətləri olan və ya xəstə olanlara qayğı göstərən insanlar maska taxmalıdır. Həmçinin, vacib səbəblə (və karantin rejiminin qaydalarına uyğun) uşaqla birgə evdən çıxırsınızsa, uşağın üz maskası taxması və digər gigiyenik qaydalara riayət etməsi vacibdir. 

Hökümət tərəfindən təmin edilən laborator diaqnostik testdən keçərək mənfi nəticə əldə etmək o deməkdir ki, şəxsdən götürülmüş nümunədə COVID-19-a səbəb olan koronavirus tapılmamışdır. İnfeksiyanın erkən mərhələlərində virusun aşkarlanmaması mümkündür.

COVID-19 üçün xrakterik simptomlar olduğu zaman bir insandan əldə edilmiş nümunənin mənfi test nəticəsi, həmin virusun cari dövrdə həmin insanda təsadüf edilən xəstəliyin səbəbi olmadığını göstərir.

COVID-19-un yayılmasının qarşısının alınmasının əsas yolu mümkün olduğu qədər təmasları məhdudlaşdırmaqdır. Məktəblər bağlı olduğu təqdirdə fərqli evlərdə yaşayan uşaqlar oyun günləri keçirməməlidir. Əgər uşaqlar öz evlərinin həyətində oynayırlarsa, onlarla eyni evdə yaşamayan hər bir insanla 6 addımlıq məsafənin saxlanılmasına əməl etməlidir.

Əgər kiçik görüşlər keçirmək istəyirsinizsə, həm öz aralarında, həm də digərləri ilə müvafiq məsafənin saxlanılmasına əməl edən (sosial məsafə) digər ailə üzvü və ya dostunuzla görüşməyə üstünlük verin. Uşaqlarınızın əllərini tez-tez sabun və su ilə yuyulması kimi gündəlik profilaktik tədbirləri həyata keçirdiklərindən əmin olun. Unutmayın ki, uşaqlar məktəbdən kənar daha böyük qruplar şəklində görüşsələr, hər kəsi təhlükə altına ala bilərlər.

Xüsusi əhəmiyyəti olmayan yaz fəslində səyahət planlarınızı təxirə salın və evdə qalın.

Uşaqlarda COVID-19 haqqında məlumatlar bir qədər məhduddur, lakin mövcud məlumatlar həmin virusun mövcud olduğu uşaqlarda əsasən yüngül simptomların ola biləcəyini göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, Avropanın bəzi ölkələrindən gələn rəsmi məlumatlarda müxtəlif yaşlı uşaqların COVİD19 xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu virusun uşaqlarda az hallarda böyük təhlükə yaratdığına dair məlumatlar olsa da, onlar virusu daha böyük risk altında olanlara, o cümlədən yaşlılar a, ahıllara və yanaşı xronik xəstəliyi olan insanlara keçirə bilər.

 

  • Uşağınızda xəstəliyin hər hansı bir əlamətinin olub olmamasını yoxlayın. 
    • COVID-19 əlamətlərinə uyğun gələn hər hansı bir xəstəlik əlamətini, xüsusən qızdırma, öskürək və ya nəfəs darlığı kimi əlamətləri görsəniz, həkiminizlə əlaqə yaradın və uşağınızı evdə təcrid edin və ona üz maskası taxın, və başqalarından mümkün qədər uzaq saxlayın. 
  • Uşağınızdakı stres əlamətlərinə diqqət yetirin. 
    • Müşahidə etməli olduğunuz bəzi ümumi dəyişikliklərə həddindən artıq narahatlıq və ya kədər, yemək qəbulu rejiminin pozulması, yuxu vərdişlərinin pozulması, diqqət və konsentrasiya ilə bağlı çətinliklər daxildir. 
    • Uşağınızla COVID-19 epidemiyası haqqında müzakirə aparmaq üçün vaxt ayırın. Uşağınızın suallarını cavablandırın və ona başa düşəcəyi dildə COVID-19 haqqında müəyyən məlumatlar verin.
  • Gündəlik profilaktik tədbirləri öyrədin və təkrarlamaqla, onunla birgə bu tədbirləri etmək düzgün vərdişlərə əməl etməsini gücləndirin.
    • Valideynlər və digər ailə üzvləri uşaqların əllərini yumağı öyrətməsində mühüm rol oynayırlar. Əl yumanın onları sağlam saxlaya və virusun başqalarına yayılmasının qarşısını ala biləcəyini izah edin.
    • Yaxşı bir rol modeli olun - siz əllərinizi tez-tez yusanız, onlar da bunu edəcəkdir.
    • Əl yumanı bir ailə fəaliyyətinə çevirin.
  • Uşağınızın aktiv qalmasına kömək edin. 
    • Fiziki və zehni sağlamlıq üçün vacib olduğuna görə uşağınızı evdə fiziki aktiv olmağa sövq edin, birgə müxtəlif idman hərəkətləri edin. Bu məqsədlə televiziya və ya internetdə yayımlanan fiziki aktivlik verilişlərini birgə izləyin və göstərilən hərəkətləri birgə təkrarlayın. Evdə velotrenajor və ya qaçış üçün tredmil varsa, uşağınızın yaşınıza uyğun olaraq ondan istifadə etməyi sövq edin.
    • Uşağınızın sağlam və diqqətli olmasına kömək etmək üçün gün ərzində qapalı məkan fəaliyyətlərindən (bədən tərbiyyəsi, rəqs) istifadə edin.
  • Sosiallaşması üçün uşağınıza kömək edin.
    • Dostlarınız və ya ailə üzvlərinizlə telefon və ya video vasitəsilə əlaqə yaradın.
    • Ziyarət edə bilməyəcəyiniz ailə üzvlərinizə poçtla açıqca və ya məktub yazıb göndərin.
    • Bəzi məktəb və qeyri-kommersiya təşkilatlarının sosial və emosional tədris proqramları olur. 

COVID-19 yeni bir xəstəlikdir və onun yayılma yolları hələ də öyrənilir. COVID-19-a səbəb olan virusun, əsasən COVID-19-a yoluxmuş insanla yaxın təmasdan (yəni 1 metrdən az məsafədə) yayıldığı düşünülür. Virusun, yoluxmuş bir insanın qrip və digər tənəffüs yolu infeksiyalarında olduğu kimi öskürdüyü və ya asqırdığı zaman yaranan tənəffüs damcıları vasitəsilə yayıldığı artıq məlumdur. Bu damcılar yaxınlıqdakı insanların ağızına və ya burnuna düşə bilər və ya nəfəsalma zamanı ağciyərlərə düşə bilər. Bu yayılma növünün xəstə öldükdən sonra baş verməsi mümkün deyildir.

İnsanın üzərində virus olan səthə və ya cisimə toxunduqdan sonra ağızına, burnuna və ya gözlərinə toxunmasilə COVID-19-a yoluxa bilməsi mümkündür, ancaq bunun virusun əsas yoluxma yolu olmadığı hesab edilir.

İnsanlar COVID-19-dan ölən şəxsin cəsədinə toxunmamağa çalışmalıdır. Yaşlı insanlarda və ağır yanaşı xəstəliyi olan hər yaşda insanlarda ciddi COVİD-19 xəstəliyinin inkişaf riski yüksəkdir. Virusun toxunuşun bəzi növlərindən sonra yayılması ehtimalı az ola bilər, məsələn, ölmüş insanın əlini tutmaq və ya cəsədi baxışa hazırladıqdan sonra qucaqlamaq. Meyidin hazırlanmasından əvvəl, həmin vaxt və sonra onu öpmək, yumaq və kəfən geyindirmək kimi digər fəaliyyətlərdən, mümkündürsə çəkinin.

Bədənin yuyulması və ya kəfənlənməsi vacib dini və ya mədəni mərasimlərdir. Ailələr icmanın mədəni və dini rəhbərləri və cənazə evlərinin (məscidlərin) əməkdaşları ilə birlikdə məruz qalmanı mümkün qədər azaltmaq mövzusunda müzakirə aparmaları tövsiyə olunur. Ən azı, bu işləri həyata keçirən insanlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş əlcək və maska geyinməlidir. Maye sıçraması gözlənilirsə, əlavə fərdi qoruyucu vasitələr (FQV) tələb oluna bilər (məsələn, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş xalat, üz maskası və ya gözlüklər).

Təmizləmə bütün təmizlik və dezinfeksiya məhsullarının (məsələn, konsentrasiyası, tətbiqetmə üsulu və əlaqə vaxtı və s.) istehsalçılarının təlimatlarına uyğun aparılmalıdır. 

FQV çıxarıldıqdan sonra əlləri ən az 20 saniyə ərzində sabun və su ilə yuyun, bu mümkün olmadıqda tərkibində ən az 60%-lı spirt olan əl dezinfeksiyaedicilərdən istifadə edin. Əllərin çirkli olması gözlə görünürsə, sabun və su istifadə edilməlidir.

QAYNAR XƏTLƏR!