Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Koronavirus xəstəliyi ilə mübarizə aparılması üçün İran İslam Respublikasına humanitar yardımın göstərilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

 

1. İran İslam Respublikasında koronavirus xəstəliyi ilə mübarizə aparılması və xəstəliyin yayılmasının qarşısının alınması üçün həmin ölkəyə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 5 000 000 (beş milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş Naziri

 

Əli Əsədov

 

Bakı şəhəri, 7 mart 2020-ci il

07.03.2020 - 13:55

QAYNAR XƏTLƏR!