Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmiş, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılmışdır.

 

1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilmiş, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat etmişdir.

 

Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 200 nəfəri müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

 

Mənbə: cabmin.gov.az/az/article/803/

11.04.2020 - 19:22

QAYNAR XƏTLƏR!