Şriftin ölçüsü
Şriftin qalınlığı
Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 250 nəfər müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparılmışdır.
Mənbə: cabmin.gov.az/az/article/804/