Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-İran sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.

 

 

Mənbə: cabmin.gov.az/az/article/815/

18.04.2020 - 20:16

QAYNAR XƏTLƏR!