Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 40 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

 

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1365 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılmışdır.

 

 

Mənbə: cabmin.gov.az/az/article/831/

01.05.2020 - 16:59

QAYNAR XƏTLƏR!