Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.

 

Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1480 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat etmiş, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

 

Mənbə: cabmin.gov.az/az/article/835/

04.05.2020 - 18:15

QAYNAR XƏTLƏR!