Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb. Qərarda deyilir:

 

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

 

- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

 

- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

 

- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

 

- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

 

- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

 

- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

 

- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

 

- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

 

- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

 

 

Mənbə:  nk.gov.az

19.03.2021 - 15:50

QAYNAR XƏTLƏR!