Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Koronavirus (COVID-19)

Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən Yaxın Şərq Respirator Sindromu ( Middle East Respiratory Syndrome Coronavirus – MERS – CoV) və Şiddətli Kəskin Respirator Sindrom (SARS – CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir.

 

Koronaviruslar zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Ətraflı araşdırmalar nəticəsində, SARS-CoV-un müşk pişiklərindən, MERS-CoV-un isə tək hürgüclü dəvələrdən insanlara yoluxduğu məlum olmuşdur. Hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus tipi mövcuddur.

 

31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin Ölkə Ofisi Çinin Hubei əyalətinin Vuhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat vermişdir. 7 yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənmişdir.

QAYNAR XƏTLƏR!