Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

COVID-19-un yayılmasının qarşısının alınmasının əsas yolu mümkün olduğu qədər təmasları məhdudlaşdırmaqdır. Məktəblər bağlı olduğu təqdirdə fərqli evlərdə yaşayan uşaqlar oyun günləri keçirməməlidir. Əgər uşaqlar öz evlərinin həyətində oynayırlarsa, onlarla eyni evdə yaşamayan hər bir insanla 6 addımlıq məsafənin saxlanılmasına əməl etməlidir.

Əgər kiçik görüşlər keçirmək istəyirsinizsə, həm öz aralarında, həm də digərləri ilə müvafiq məsafənin saxlanılmasına əməl edən (sosial məsafə) digər ailə üzvü və ya dostunuzla görüşməyə üstünlük verin. Uşaqlarınızın əllərini tez-tez sabun və su ilə yuyulması kimi gündəlik profilaktik tədbirləri həyata keçirdiklərindən əmin olun. Unutmayın ki, uşaqlar məktəbdən kənar daha böyük qruplar şəklində görüşsələr, hər kəsi təhlükə altına ala bilərlər.

Xüsusi əhəmiyyəti olmayan yaz fəslində səyahət planlarınızı təxirə salın və evdə qalın.

Uşaqlarda COVID-19 haqqında məlumatlar bir qədər məhduddur, lakin mövcud məlumatlar həmin virusun mövcud olduğu uşaqlarda əsasən yüngül simptomların ola biləcəyini göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, Avropanın bəzi ölkələrindən gələn rəsmi məlumatlarda müxtəlif yaşlı uşaqların COVİD19 xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu virusun uşaqlarda az hallarda böyük təhlükə yaratdığına dair məlumatlar olsa da, onlar virusu daha böyük risk altında olanlara, o cümlədən yaşlılar a, ahıllara və yanaşı xronik xəstəliyi olan insanlara keçirə bilər.

 

  • Uşağınızda xəstəliyin hər hansı bir əlamətinin olub olmamasını yoxlayın. 
    • COVID-19 əlamətlərinə uyğun gələn hər hansı bir xəstəlik əlamətini, xüsusən qızdırma, öskürək və ya nəfəs darlığı kimi əlamətləri görsəniz, həkiminizlə əlaqə yaradın və uşağınızı evdə təcrid edin və ona üz maskası taxın, və başqalarından mümkün qədər uzaq saxlayın. 
  • Uşağınızdakı stres əlamətlərinə diqqət yetirin. 
    • Müşahidə etməli olduğunuz bəzi ümumi dəyişikliklərə həddindən artıq narahatlıq və ya kədər, yemək qəbulu rejiminin pozulması, yuxu vərdişlərinin pozulması, diqqət və konsentrasiya ilə bağlı çətinliklər daxildir. 
    • Uşağınızla COVID-19 epidemiyası haqqında müzakirə aparmaq üçün vaxt ayırın. Uşağınızın suallarını cavablandırın və ona başa düşəcəyi dildə COVID-19 haqqında müəyyən məlumatlar verin.
  • Gündəlik profilaktik tədbirləri öyrədin və təkrarlamaqla, onunla birgə bu tədbirləri etmək düzgün vərdişlərə əməl etməsini gücləndirin.
    • Valideynlər və digər ailə üzvləri uşaqların əllərini yumağı öyrətməsində mühüm rol oynayırlar. Əl yumanın onları sağlam saxlaya və virusun başqalarına yayılmasının qarşısını ala biləcəyini izah edin.
    • Yaxşı bir rol modeli olun - siz əllərinizi tez-tez yusanız, onlar da bunu edəcəkdir.
    • Əl yumanı bir ailə fəaliyyətinə çevirin.
  • Uşağınızın aktiv qalmasına kömək edin. 
    • Fiziki və zehni sağlamlıq üçün vacib olduğuna görə uşağınızı evdə fiziki aktiv olmağa sövq edin, birgə müxtəlif idman hərəkətləri edin. Bu məqsədlə televiziya və ya internetdə yayımlanan fiziki aktivlik verilişlərini birgə izləyin və göstərilən hərəkətləri birgə təkrarlayın. Evdə velotrenajor və ya qaçış üçün tredmil varsa, uşağınızın yaşınıza uyğun olaraq ondan istifadə etməyi sövq edin.
    • Uşağınızın sağlam və diqqətli olmasına kömək etmək üçün gün ərzində qapalı məkan fəaliyyətlərindən (bədən tərbiyyəsi, rəqs) istifadə edin.
  • Sosiallaşması üçün uşağınıza kömək edin.
    • Dostlarınız və ya ailə üzvlərinizlə telefon və ya video vasitəsilə əlaqə yaradın.
    • Ziyarət edə bilməyəcəyiniz ailə üzvlərinizə poçtla açıqca və ya məktub yazıb göndərin.
    • Bəzi məktəb və qeyri-kommersiya təşkilatlarının sosial və emosional tədris proqramları olur. 

QAYNAR XƏTLƏR!