Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Müayinə

COVID-19 virusunun aşkarlanmasına yönəlmiş müayinə
Həkimə zəng edin: əgər siz COVID-19-a yoluxduğunuzu güman edirsinizsə, qızdırma, öskürək və ya nəfəs almaqda çətinləşmə kimi simptomlar varsa, tibbi yardım üçün həkimə müraciət edin.

Əgər siz COVID-19-a yoluxmuş bir insanla yaxın təmasdasınızsa və ya COVID-19-un yayılması davam edən və COVID-19 simptomları inkişaf edən icmada yaşayırsınızsa, həkimə zəng edin və sizdə olan simptomlar barədə və məruz qaldığınız təsir haqqında məlumat verin. Həkimlər sizin müayinəyə ehtiyacınızın olub-olmadığına qərar verəcəklər. Lakin, yadınızda saxlayın ki, COVID-19-un yüngül əlamətləri olan insanların mütləq xəstəxanaya hospitalizasiyası və müalicəsi tələb olunmur, onlar ev şəraitində də təcrid olunaraq müalicə oluna bilərlər (müvafiq qərar verilərsə).

 
Əgər sizdə ciddi xəstəlik riski varsa 
COVID-19-la bağlı ciddi xəstəlik riski olan insanlar hətta xəstəlik yüngül olsa belə, həkimə müraciət etməlidirlər. Ürək, ağciyər, böyrək və ya diabet kimi xroniki xəstəlikləri olanlar və ahıl yaşlı şəxslər COVID-19 xəstəliyinin törətdiyi ağır fəsadların inkişafı baxımından daha yüksək risk altındadırlar.
 
 
Əgər xəstəliyiniz ciddidirsə, yardım üçün təcili həkimə müraciət edin. 
Əgər sizdə COVID-19-a dair ciddi xəbərdaredici simptom və əlamətlər inkişaf edirsə, təcili həkimə müraciət edin. Ciddi xəbərdaredici simptom və əlamətlər aşağıdakılardır*:
  • Çətinləşmiş tənəffüs və ya təngnəfəslik
  • Sinədə daimi ağrı və təzyiq hissi
  • Yeni əmələ gəlmiş huş dəyişikliyi (keyləşmə və s.), təşviş və ya yuxululuq (yuxudan oyana bilməmək)
  • Üz və ya dodaqların göyərməsi
* Bu siyahı bütün əlamətləri əhatə etmir. İstənilən digər ciddi əlamətlərlə bağlı lütfən, həkiminizlə məsləhət edin.

QAYNAR XƏTLƏR!