Stiqmanın azaldılması
COVID-19 virusunun yayılması kimi ictimai səhiyyə sahəsində fövqəladə hallar cəmiyyət və insanlar üçün stresdir. Xəstəliklə bağlı qorxu və narahatlıq insanlara, məkanlara, əşyalara dair sosial stiqmaya gətirib çıxara bilər. Məsələn, stiqma və diskriminasiya o zaman olur ki, insanlar xəstəliyi, COVID-19-u, əhali və ya millətlə əlaqələndirir. Hətta həmin əhalinin və ya həmin regionun hamısında xəstəlik riski olmasa belə. Stiqma, həmçinin, COVID-19 karantini bitdikdən sonra şəxsin azad olmasından sonra, hətta o yayılma riski daşımasa da yarana bilər.
Xatırlamaq vacibdir ki, Asiya mənşəli olanlar da daxil olmaqla COVID-19-a- səbəb olan virusun yayıldığı ərazidə yaşamayan, son zamanlar orada olmayan, və yaxud həmin xəstəlik diaqnozu qoyulmuş şəxslərlə təmasda olmayan insanlar digər insanlarla müqayisədə daha az risklidir. COVID-19 səbəbindən stiqmaya məruz qalan bəzi insanlar qrupuna aşağıdakılar aiddir:
- Asiya mənşəli insanlar
- Səyahət etmiş insanlar
- Fövqəladə hallar zamanı ilk müdaxilə edən və ya sağlamlıq üzrə xidmət göstərən professional insanlar
- Karantindən buraxılmış insanlar
- Sosial həyatdan uzaqlaşdırılma və ya məhrum olunma
- Səhiyyə, təhsil xidmətlərinin alınmasından imtina, məişət və iş fəaliyyətindən kənarlaşdırma.
- Fiziki zorakılıq.
- Tibbi yardım üçün müraciət edən və əlaqələrin araşdırılması prosesinin iştirakçısı olan insanların konfidensiallığını qoruyub saxlamaq
- Tez bir zamanda məhsullarla, insanlarla və ərazilərlə bağlı risklərin olması və ya olmaması haqda məlumatın çatdırılması.
- COVID-19-la bağlı məlumatı qorxunu artırmadan yaymaq.
- Virusun yayılması ilə bağlı dəqiq məlumat paylaşmaq.
- Mənfi davranışların, o cümlədən mediada insanlar haqqında və ya gündəlik fəaliyyətində heç bir risk yaratmayan insanların təcridi ilə bağlı məlumatın əleyhinə çıxış etmək
- Paylaşılan şəkillərlə bağlı diqqətli olun. Onların stereotipləri qüvvətləndirmədiyindən əmin olun.
- Stiqmalı insanlarla xəbərlər və sosial media vasitəsilə və ya fərdi şəkildə təmasda olmaq.
- Səhiyyə işçilərinə və ilk müdaxilə komandalarına təşəkkür etmək. COVID-19-un yayıldığı ərazilərə səyahət etmiş insanlar misilsiz xidmət göstərərək bu xəstəliyin daha çox yayılmamasına kömək ediblər.
- Çindən qayıdan və ya virusun təsir etdiyi ərazidə olan dostları və ya yaxınları barədə narahat olan insanlar üçün sosial dəstəyə ehtiyac olduğunu paylaşmaq.